“KƏPƏZ BOKT” MMC-nin təsisçilərinin və digər idarəetmə orqanlarının birgə iclası keçiriləcək

“KEPEZ BOKT” MMC-nin tesiscilerinin ve diger idareetme orqanlarinin birge iclasi kecirilecek

Azərbaycanın aktiv maliyyə qurumlarından olan “KƏPƏZ BOKT” MMC-nin Təsisçilərinin, Müşahidə Şurasının, Audit Komitəsi və idarəetmə orqanın birgə iclasının tarixi məlum olub.

FED.AZ xəbər verir ki, 17 aprel  2026-cı il tarix, saat 15:00-da  Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov 177 ünvanında Müşahidə Şurası, Audit Komitəsi və İdarəetmə orqanının birgə keçiriləcək iclasında aşağıda qeyd edilən məsələlər müzakirə ediləcək.

  1. “KƏPƏZ BOKT” MMC-nin 2025-ci ilin Maliyyə göstəricilərinin müzakirəsi;
  2. “KƏPƏZ BOKT” MMC-nin Audit Komitəsinin 2025-ci il üçün hesabatı
  3. “KƏPƏZ BOKT” MMC-nin 2026-cı il üzrə görüləcək işlər barədə məsələnin müzakirəsi.

Qeyd edək ki, “KƏPƏZ BOKT” MMC-nin Təsisçilərinin Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla yuxarıda qeyd olunan ünvanda yerləşən ofisdə tanış ola bilərsiniz.