İSTİQRAZLARIN BURAXILIŞI HAQQINDA YEKUN ŞƏRTLƏR
- Bu Yekun Şərtlər 21.10.2025-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən təsdiq edilmiş Baza emissiya prospektinin əlavəsidir və Baza emissiya prospekti ilə
birgə oxunmalıdır.
2. Baza emissiya prospekti və onun əlavəsi olan Yekun Şərtlər Azərbaycan Respublikası Mərkəzi
Bankının (www.cbar.az/meas), Bakı Fond Birjası (www.bfb.az) və emitentin rəsmi internet
səhifələrində (kepez-bokt.az) açıqlanmışdır.
3. Bu Yekun şərtlər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş Baza
emissiya prospekti üzrə istiqrazların birinci buraxılışıdır. Buraxılışın xülasəsi ilə bağlı tələb
olunan məlumatlar Yekun Şərtlərin xülasə bölməsində qeyd olunmuşdur.