«Kəpəz» BOKT 2020-ci il üzrə uğurlu maliyyə nəticələrini – AÇIQLADI

«Kepez» BOKT 2020-ci il uzre ugurlu maliyye neticelerini – ACIQLADI

Azərbaycanın aparıcı qeyri-bank təşkilatlarından olan «Kəpəz» BOKT 2020-ci ilin nəticələrini açıqlayıb. 

2020-ci ildə BOKT-un fəaliyyətində böyük canlanma baş verib, təşkilatın kredit portfeli, gəlirləri və mənfəəti artıb. 

Təşkilatın 2020-ci il üzrə audit hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə “Kəpəz” BOKT-un faiz gəlirləri 2019-cu illə müqayisədə 4,8% və ya 41 098 manat artaraq 902 932 manata, əməliyyat gəlirləri isə 511 953 manata yüksəlib.
Nəticədə, «Kəpəz» BOKT 2020-ci ili 178 997 manat xalis mənfəətlə başa vurub ki, bu da 2019-cu ilin xalis mənfəət üzrə göstəricisi ilə müqayisədə 3 003 manat və ya 1,7% çoxdur.

Hesabat dövrü ərzində müştərilərə verilən kredit portfelinin həcmi 7,7% və ya 198 472 manat genişlənərək 2 784 031 manata çatıb. Təşkilatın ümumi aktivləri isə 257 861 manat və ya 9,1% artaraq 3 104 198 manata yüksəlib.  
Həmçinin BOKT-un öhdəlikləri 3,9% və ya 78 824 manat artaraq 2 107 622 manat təşkil edib.

Hazırda «Kəpəz» BOKT-un nizamnamə kapitalı 560 min manat, cəmi kapitalı isə 996 575 manat təşkil edir. Bu isə 2019-cu ilin yekunu ilə müqayisədə 178 997 manat və ya 21,9% çoxdur.